Yeniyetmə qız 5-ci mərtəbəndən yıxıldı, vəziyyəti ağırdır

Yeniyetmə qız 5-ci mərtəbəndən yıxıldı, vəziyyəti ağırdır

Gəncədə bədbəxt hadisə baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən 5 mərtəbəli binada qeydə alınıb.

2006-cı il təvəllüdlü E.Rəfiyeva yaşadığı eyvanında paltar asan zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.