Berlinə məxfi məktub: ABŞ bizi etibarsız sayır!

Berlinə məxfi məktub: ABŞ bizi etibarsız sayır!

Almaniyanın ABŞ-dakı səfiri Emili Haberin ölkəsinin Xarici İşlər Nazirliyinə göndərdiyi gizli məktubu haqda məlumat yayılıb. İddiaya görə, səfir ABŞ-da Berlinin Ukrayna ilə bağlı mövqeyinə görə etibarsız tərəfdaş kimi qəbul edildiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Şpigel” nəşri yazıb.

Məktubda vurğulanıb ki, nəinki mediada, həmçinin Konqresdə də Almaniyanın Rusiyaya sanksiyalar məsələsində əyləc rolunu oynadığını hesab edirlər. Berlinin, həmçinin Ukraynaya silah tədarükünü əngəlləməsi də qəzəb doğurur.

Məlumata görə, səfir məktubunu “Berlin, problemimiz var” cümləsi ilə başlayıb. Tənqidin əsasən respublikaçılardan gəldiyi də bildirilib.

“Vaşinqtonda Almaniyanın bu mövqeyini Rusiyadan ucuz qaz almaq istəyi ilə əlaqələndirirlər”, - deyə qeyd edilib.