Terrorçular Pakistan ordusuna hücum edib: 10 hərbçi öldürülüb - FOTO

Terrorçular Pakistan ordusuna hücum edib: 10 hərbçi öldürülüb - FOTO

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində Pakistan ordusunun 10 hərbçisi öldürülüb.

Məlumatı Pakistanın Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Qeyd olunur ki, ekstremistlər Pakistan ordusunun Keç rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Toqquşma nəticəsində bir nəfər terrorçu öldürülüb, bir neçəsi yaralanıb, üç terrorçu isə əsir götürülüb.

Mənbə: Dawn.com