Milonlarla il əvvəl Marsda baş vermiş olay... –

Milonlarla il əvvəl Marsda baş vermiş olay... –

ABŞ-ın Milli Kosmos Agentliyi (NASA) “Curiosity” kosmik aparatı tərəfindən Marsdan gətirilmiş torpaq nümunələrini analiz etdikdən sonra bunların indiyədək rast gəlinməmiş karbon növü ilə zəngin olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, NASA mütəxəssisləri bunu daha çox bioloji proseslərlə əlaqələndiriblər.

Elm adamlarına görə, bu, Marsda həyatın mümkünlüyünə daha çox inam yarada bilər.

Təbii ki, qırmızı planetdə tapılan bir çox əvvəlki nümunələr kimi, bunlar da yeni suallar yaradır. Bəzi elm adamlarına görə, Marsda yeni karbon növünün olması Marsda vaxtilə həyatın olduğuna dair sübut deyil. Yeni araşdırma isə bunun Marsda qədim həyatın sübutu ola biləcəyini iddia edib. Bununla belə, bu, sadəcə olaraq, karbon qazı və ultrabənövşəyi şüanın qarşılıqlı təsirinin nəticəsi ola bilər. Bundan əlavə, bunlar milyonlarla il əvvəl baş vermiş böyük kosmik hadisədən qalan karbon qalıqları ola bilər.

Tədqiqatçı Pol Mahaffinin araşdırma ilə bağlı münasibəti belə olub: “Biz Marsda inanılmaz dərəcədə maraqlı şeylər tapırıq. Ancaq orada həyat tapdığımızı söyləmək üçün həqiqətən daha çox dəlil lazımdır”.