Fransada Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) 2021-ci ildə ölkə iqtisadiyyatında tarixi artım qeydə alındığını açıqlayıb. Marja xəbər verir ki, ötən il Fransanın ümumi daxili məhsulu (ÜDM) 7% artıb.
Belə bir göstərici 52 ildir ki, əldə olunmayıb və bununla da Fransa Avropanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə çevrilə bilər.
İkinci Dünya Müharibəsindən sonra ilk dəfə 2020-ci ildə ÜDM-nin 8%-ni itirən Fransa 2021-ci ildə yenidən böyüməyə başlayıb. Dekabrdakı son proqnozunda Insee, 2021-ci ildə 6,7% artım proqnozlaşdırmışdı, bu, təxminən Fransa Bankının proqnozuna uyğun idi.
Fransada iqtisadi fəallıq 2021-ci ilin sonuna qədər pandemiyadan əvvəlki səviyyələrə qayıdıb.