Yeni icra başçısı müavinini və bir neçə şəxsi işdən çıxardı

Yeni icra başçısı müavinini və bir neçə şəxsi işdən çıxardı
Depozit faizini öncədən al!

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır.

Day.Az-ın unikal.org-a istinadən məlumatına görə, Abşeron rayonunun icra başçısı Abdin Fərzəliyev müavini İlham Quliyevi tutduğu vəzifədən azad edib.

Bununla yanaşı, A. Fərzəliyev köməkçisi Fuad Xəlilovu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçiləri Elgün İsgəndərov və Mirqasım Mirişlini də işdən çıxarıb.