“Səs Azərbaycan” yarışının qalibi seçilib - FOTO

“Səs Azərbaycan” yarışının qalibi seçilib - FOTO

“Səs Azərbaycan” musiqi müsabiqəsinin final mərhələsi keçirlib.

Metbuat.az xəbər verir ki, müğənni Eldar Qasımovun komandasında yarışan Nadir Rüstəmli yarışın qalibi seçilib.

42,4 faiz səslə qalib olan Nadir Rüstəmliyə 25 min manat pul mükafatı veriləcək.

Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşovanın komandasından Emil Tağıyev 36.2, Tünzalə Ağayevanın komandasından Hidayət Əliyev 7.3, müğənni Murad Arifin komandasından çıxış edən Leyla İzzətova isə 14,1 faiz səs toplayıb.