Britaniya səfiri ilə bağlı şok: Türkiyədə çevriliş ssenarisi

Britaniya səfiri ilə bağlı şok: Türkiyədə çevriliş ssenarisi

Böyük Britaniyanın Türkiyədəki səfiri Dominik Çilkot 16 oktyabr 2021-ci il tarixində paytaxt Afinada “Türkiyədə çevriliş ssenariləri”nin müzakirə edildiyi özəl və məxfi görüşə qatılıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Yunanıstanın “Estia” qəzeti çıxış edib.

İddiaya əsasən, İngiltərənin Afina səfirinin tərtib etdiyi toplantıda Lefkoşa və Ankara səfirləri ilə yanaşı, Yunanıstan siyasətçiləri də iştirak edib.

Türkiyə mediası isə Çilkotun qatıldığı gizli görüşün İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Afinaya səfərindən cəmi 20 gün sonra baş tutmasına diqqət çəkib. Bundan əlavə, İmamoğlunun İngiltərə səfiri ilə şam yeməyində də iştirak etdiyi bildirilib.