Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub

Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub

Yanvarın 29-da Sakit okeanda, Yeni Zelandiyanın tərkibinə daxil olan Kermadek arxipelaqında 6,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların ocağının 33 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yaxınlıqda yaşayış məskənlərinin olmadığı qeyd edilir.

Sunami xəbərdarlığı barədə hələlik məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio