Doğuşdan Xoşqədəmin "Nə desəm, razılaş" sözünə reaksiya - VİDEO

Doğuşdan Xoşqədəmin "Nə desəm, razılaş" sözünə reaksiya - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı bu gündən etibarən "Səni axtarıram" proqramını həyat yoldaşı, türkiyəli müğənni Doğuşla birlikdə aparıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, veriliş başlayanda X.Hidayətqızı "Hərdən mən olmayanda tək aparacaqsan" sözlərini söyləyib.

Doğuş isə ona "Verilişi tək aparmaram. Mən olmayanda sən tək apar" reaksiyasını verib.

Aparıcının "Mən nə deyirəm razılaş" sözlərinə ifaçı etiraz edib:

"Yox, kim deyir onu? İnanma... Belə bir şeyə qarışmaram, mən kuklayam? "Mən nə deyirsəm o" kimi bir şey yoxdur".