20 yaşlı Nurlan Bağırov beynəlxalq axtarışa verildi

20 yaşlı Nurlan Bağırov beynəlxalq axtarışa verildi

20 yaşlı Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.

XəzərXəbər xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Nurlan Bağırovun saxlanılması üçün qırmızı bülletenlə quruma müraciət edilib.

N.Bağırov qabaqcadan əlbir olan bir qrup şəxslə mütəşəkkil dəstə qurmaqda, cinayətkar birlik tərəfindən və xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürmədə ittiham olunur.