Millimiz üçün taleyüklü görüş

Millimiz üçün taleyüklü görüş

Avropa çempionatının final mərhələsində millimiz bu gün Bosniya və Herseqovina ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, oyun İctimai kanal vasitəsi ilə canlı yayımlanacaq. Fineo De Araujo sarı vərəqə limitini doldurduğuna görə meydana çıxmayacaq. Emin Kürdovla Xətai Bağırovun durumuna isə oyun saatına qədər aydınlıq gətiriləcək. Əvəzində Rövşən Hüseynli və Qallo bu matçda iştirak edəcək. İlk 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşan millimiz 1/8 finala yüksəlmək üçün rəqibini böyük hesablə məğlub etməlidir. Amma bu nəticə də kifayət etməyə bilər. Mübarizənin davam etməsi üçün qrupun digər qarşılaşmasında İspaniya gürcülərə uduzmalıdır. Alesionun komandası qrupdakı ilk matçda Gürcüstana 2:3 hesabı ilə məğlub olub. Buna baxmayaraq qrupun favoritlərindən hesab olunan İspaniya ilə heç-heçə edib - 2:2.
Avropa çempionatının final mərhələsiAzərbaycan – Bosniya və Herseqovina
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya) Timekeeper: Qabor Kovacs (Macarıstan) 29 yanvar. Amsterdam. Ziggo Dome. Saat 20:30
Səbuhi Həsənov