Bu gecə "Eurovision-2022"-nin qalibi bəlli olacaq - Azərbaycan təmsilçisi neçənci çıxış edəcək?

Bu gecə "Eurovision-2022"-nin qalibi bəlli olacaq - Azərbaycan təmsilçisi neçənci çıxış edəcək?

Bu gün İtaliyanın Turin şəhərində "Eurovision-2022" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

BAKU.WS xəbər verir ki, final mərhələsində hər iki yarımfinal məhhələsindən həlledici mərhələyə keçə bilmiş 10 iştirak ölkə təmsiloçisi çıxış edəcək. Həmçinin 5 ölkə iştirakçısı birbaşa yarışda iştirak etmək hüququ qazanıb. Bunlar müsabiqənin təşkilatçı ölkələri Böyük Britaniya, Fransa, Almaniya və İspaniya, eləcə də yarışın ötənilki qalibi İtaliya təmsilçiləridir.

Birinci yarımfinaldan Niderland, Ermənistan, İsveçrə, Litva, Portuqaliya, İslandiya, Ukrayna, Yunanıstan, Norveç və Moldova finala vəsiqə qazanıb.

İkinci yarımfinal mərhələsindən isə Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya və Serbiya final mərhələsində çıxış edəcək.

Azərbaycanı yarışda təmsil edən Nadir Rüstəmli Fade to black mahnısı ilə təmsil edir. Təmsilçimiz finalda sayca 15-ci olaraq çıxış edəcək.