Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb.
Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.
37 yaşlı forvard karyerası ərzində 60 dəfə buna nail olub.
Fransa PSJ-sində çıxış edən Argentina yığmasının ulduz futbolçusu Lionel Messi (55) ikinci, Maldiv seçməsinin və "İqlz" klubunun üzvü Əli Aşfak (35) üçüncü sırada yer alıb.
İlk "5-liy"i Almaniya "Bavariya"sında çıxış edən polşalı Robert Levandovski (30) və İspaniyanın "Atletiko" (Madrid) komandasından uruqvaylı hücumçusu Luis Suares (29) qapayır.
Cebhe.info
Bizi Telegramda izləyin