İranda Əli Xameneiyə qarşı etirazlar davam edir - VİDEO

İranda Əli Xameneiyə qarşı etirazlar davam edir - VİDEO

İranda hökumət əleyhinə etirazlar bir sıra əyalətlərdə, o cümlədən Lorestan, Çaharmahal və Bəxtiyari, Kohgiluye və Buyer-Əhməd vilayətlərində ardıcıl bir neçə gündür davam edir.

Sosial mediada müxtəlif şəhərlərdən yayılan şəkillər və videolardan görünür ki, insanlar ölkənin Dorud və Farsan kimi şəhərlərində küçələrə çıxaraq İslam rejimi əleyhinə şüarlar, o cümlədən “Xameneiyə ölüm!”, “Rəisiyə ölüm!”, “mollalar rədd olmalıdır” şüarları səsləndiriblər.

Lorestan əyalətinin bəzi şəhərlərindən yayılan videolarda atəş səsləri eşidilib. Borucerd sakini video yayaraq təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığını deyib.

Cümə axşamı gecəsi İranın bir sıra əyalətlərində keçirilən etiraz aksiyalarından sonra cümə günü şəhərlərdə sərt təhlükəsizlik tədbirləri, eləcə də bu əyalətlərdə internetin, xüsusilə də mobil internetin dayandırılması haqda məlumatlar yayılıb.