Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib - Müharibə Araşdırmaları İnstitutu

Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib - Müharibə Araşdırmaları İnstitutu

Ukraynanın əks-hücumları və məhdud gücləndirmə qüvvələri qarşısında Rusiya ordusu çox güman ki, Xarkov ətrafındakı mövqelərini tamamilə geri çəkməyə qərar verib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında deyilir.

Analitiklərin fikrincə, Moskva nizamlı geri çəkilməyə diqqət yetirir və şəhər yaxınlığında mövqelərini saxlamağa çalışmaqdansa, rusları evlərinə qaytarmağa üstünlük verir.

“Ukrayna qüvvələri rus qoşunlarının Kiyevi ələ keçirməyə cəhd göstərdiyi kimi, Xarkovu tutmaq bir yana, mühasirəyə almasına da mane olub, sonra isə onları şəhərin kənarına çıxara bilib”, - məlumatda deyilir.

Mürtəza
Ölkə.Az