Lopezin keçmiş əri Paraqvay gözəli ilə evlənir - FOTO

Lopezin keçmiş əri Paraqvay gözəli ilə evlənir - FOTO

Müğənni-aktrisa Cennifer Lopezin keçmiş həyat yoldaşı, müğənni Mark Entoni evlənir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə 23 yaşlı "Miss Paraqvay 2021 gözəli" Nadya Ferreyra nişan üzüyünün fotosunu sosial şəbəkədə paylaşaraq məlumat verib. O, toy tarixlərini isə açıqlamayıb.

Qeyd edək ki, 53 yaşlı müğənni Nadya ilə 3 ay əvvəl münasibətə başlayıb. Mark Entoni bu vaxta qədər 3 dəfə ailəli olub. Onun bu evliliklərdən 6 övladı var.