Zərdabın icra başçısından şikayət…

Zərdabın icra başçısından şikayət…

İcra başçılarından olan növbəti şikayət Zərdabdan gəlib. Paralel.az gundelik-baku-ya istinadla bu barədə xəbər verir.

Mərdan Camalovun qanunsuzluqları barədə kifayət qədər material dərc edilib. Görünən odur ki, əvvəl Şirvan əhalisi, indi də Zərdab camaatı onun əlindən bezib, dad diləyirlər.

Qazilər hər gün saytlara ondan şikayət edirlər. Qazilər cənab Prezidentə müraciət edirlər. O, qazilərin yerini oğurlatdırıb, imkanlı iş adamlarına satmaq istəyir. Bunu biz demirik, videomüraciətlə prezidentə müraciət edən Qarabağ qazisi deyir.

Şəhid Sərdar Əhədovun atasının torpağının əlindən alınması və ona edilən mənəvi işgəncələri şəhid atasının verdiyi şikayətlərdən yazırıq. Durub açıqlama verirsən ki, doğru deyil. Şəhid atası durub yalan danışacaq?

Görün siz nə gündəsiniz ki, etdiyinizi danırsınız.

Villalarının, mülklərinin gündəlik sərf etdiyi elektrik enerjisi qədər Zərdab rayonunun camaatı enerji işlətmir. İcra başçısı olaraq camaatın yolunun işığını niyə söndürürsən?! İnsanları niyə zülmətə qərq edirsən?!

Şirvan şəhər kommunal təsərrüffatı birliyinin rəisi Aqil Vəliyevin “torbasını tikib” tutdurdun. Aqil Vəliyev mənimsənilən pulların başçı ilə bölməsi faktını təsdiq etdi...

Nərimanov rayonunda milyonerlər məhəlləsi kimi tanınan, 1 sot torpağın qiyməti 500 000 manat olan Çəmənzəminli küçəsi, ev 39-da, ümumi sahəsi bir neçə hektar olan, dəyəri 200 milyondan artıq olan evin sahibi Mərdan Camalov...

Mərdan Camalov 1000 manatlıq məvaciblə bu varidata sahib ola bilməzdi. Baxın, 1000 manat məvacib alan icra başçısı milyonerlər məhəlləsində 200 milyonluq villaya, Patamdartda cərgə ilə evlərə, Şirvan şəhərinin 30 faizinə, Primorskidə villaya, Zərdabda çoxlu torpaq sahələrinə və Azərbaycanın bir çox yerlərində mülklərə necə sahib ola bilər?!

Paralel.az