40 il əvvəl yox çıxan tısbağa tapıldı

40 il əvvəl yox çıxan tısbağa tapıldı

Portuqaliyanın Almeida qəsəbəsində bir ailə sevincli günlərini yaşayır.

Lent.az-ın xəbərinə görə, Natali adlı qadının uşaqlıqda gördüyü tısbağa tapılıb. 1980-ci ildə alınmış manuel adlı tısbağa 2 il sonra itib. O zaman Natalinin 8 yaşı olub. Onun anası da tısbağanın qayıdaacağı ümidi ilıə yaşasa da arzusuna çatmayıb.

Ötən gün isə maraqlı hadisə baş verib. Ailə nənədən miras qalmış saxlancı sökərkən gözlərinə inanmayıb. Tısbağa köhnə əşyaların arasından çıxıb. O qocalsa da sağlam idi.

İndi ailəni bir şey maraqlandır: bu 40 ildə tısbağa nə ilə qidalanaraq sağ qalıb?