Fransalı nazir təcavüzdə ittiham edildi

Fransalı nazir təcavüzdə ittiham edildi

Fransanın yeni təyin olunmuş həmrəylik və əlillik naziri Damien Abad iki qadına təcavüz etdiyinə dair ittihamları sərt şəkildə təkzib edib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters"-in məlumatında qeyd olunub.

Bildirilib ki, yeni təyin olunmuş nazirə qarşı ittihamları “Mediapart” saytı dərc edib və orada cinayətin qurbanı olduğu iddia edilən iki nəfərin müsahibələri də yer alıb.

Qadınlara qarşı təcavüz 2010-cu ilin sonu - 2011-ci ilin əvvəllərində baş verib. Qadınlardan biri 2017-ci ildə Abaddan polisə şikayət edib, lakin şikayət rədd edilib.

Abad bildirib ki, əlilliyi - dörd əzanın hamısına təsir edən artroqripoz adlı xəstəlik - onun ittiham olunduğu hərəkətləri etməsini fiziki cəhətdən qeyri-mümkün edib.