Ruslar Avropanı “irqçilikdə” ittiham edir

Ruslar Avropanı “irqçilikdə” ittiham edir

Rusiya daşıyıcıları milli mənsubiyyətlərinə görə Avropa ölkələrinə buraxılmır. Bunu Rusiya Federasiyası Federal Gömrük Xidməti (FGX) rəhbərinin müavini Ruslan Davıdov deyib.

“Daşıyıcılara sadəcə olaraq icazə verilmir. Sadəcə rus olduqları üçün. Bu, milli zəmində əsl irqçilikdir, ona görə də iqtisadi müharibənin getdiyini deyirik”, SİA rus saytına istinadən xəbər verir ki, bunu Ruslan Davydov RBC-yə müsahibəsində bildirib.

Bundan başqa, o, əlavə edib ki, Rusiya Federasiyasından yüklərin daşınması Baltikyanı ölkələr və Polşada süni şəkildə ləngidilir. Yüklər 100 faiz müayinədən keçirlər.

Ağasəf Babayev