Putinin köməkçisi: 'Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır'

Putinin köməkçisi: 'Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır'

"Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır”.
Bunu Belarusun "ONT” telekanalına müsahibəsində Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
"Biz öz tərəfimizdən dialoqu davam etdirməyə hazırıq. Amma bir daha vurğulayacağam: sülh danışıqlarının davam etdirilməsi üçün top Ukrayna tərəfindədir. Danışıqların dondurulması bütünlüklə Ukraynanın təşəbbüsüdür”, – Medinski bildirib.