Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTO

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTO

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.

"Ölkə.Az"ın məlumatına görə, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon dollar ödəyib. Məlumata görə, Los-Ancelesin Montecito bölgəsində yerləşən mənzil əsaslı təmir olunub və müasir bir görünüşə malikdir. Kameron evin İtaliyanın Komo gölündəki mənzillərin memarlığını əks etdirməsini hədəfləyib. Hündür tavanlı malikanədə mərmərdən istifadə diqqət çəkib. Evdə 6 yataq otağı, 7 hamam və 3 tualet var.

Qeyd edək ki, bundan əlavə, cütlüyün Los-Ancelesdə ən azı üç və Manhettendə isə bir evinin olduğu bilinir.