Belçika "meymun çiçəyi" xəstələri üçün karantin tətbiq edir

Belçika "meymun çiçəyi" xəstələri üçün karantin tətbiq edir

Belçika hakimiyyəti "meymun çiçəyi" xəstəliyinə yoluxanlar üçün 21 günlük karantin tətbiq etmək qərarına gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qərar ölkədə risk qiymətləndirmə qrupunun iclasından sonra qəbul edilib.

"Meymun çiçəyi" virusu aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində, eləcə də digər qitələrdə yayılıb.