Göyərtəsində 124 sərnişinin olduğu gəmi YANDI

Göyərtəsində 124 sərnişinin olduğu gəmi YANDI

Filippində göyərtəsində 124 nəfərin olduğu sərnişin gəmisində yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında 6 nəfərin xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

Məlumata görə, gəmi Filippinin Kezon əyalətindəki Rial limanından təxminən 500 metr aralıda alovlanıb. Panikaya düşən sərnişinlərin suya tullanmağa başladığı qeyd edilir.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Ağarza Elçinoğlu