Görməyə kömək edən dəyərli məhsul

Görməyə kömək edən dəyərli məhsul

Rusiyalı ietoloq Natalya Romanova qurudulmuş goji giləmeyvələrinin görmə üçün yaxşı məhsul olduğunu bildirib.. Onun sözlərinə görə, giləmeyvələrin kiçik bir hissəsinin müntəzəm istehlakı qocalıqda görmə itkisinin əsas səbəbinin - makula degenerasiyasının inkişafının qarşısını alır.

SİA xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Beləliklə həkim 45-65 yaş arası 13 sağlam könüllünün iştirak etdiyi tədqiqat barədə danışıb. Onlar 90 gün ərzində həftədə beş dəfə 28 qram goji giləmeyvə istehlak ediblər.

Nəticədə, onların gözlərində qoruyucu piqmentlərin - lutein və zekazantin sıxlığı artıb.

“Piqmentlər mavi işığı maneə törədir və retinanın dərin təbəqələrini zərərli maddələrin nüfuzundan qoruyur. Bu faydalı maddələr ən çox goji giləmeyvələrində olur”-deyə Romanova bildirib.

Diyetoloq goji giləmeyvələrini şorbaya və ya əlavə etməyi məsləhət gördü. Onlar həmçinin ət yeməkləri üçün ədviyyat kimi istifadə edilə bilər və ya onlardan çay dəmləmək olar.

Ağasəf Babayev