Bakıda avtomobillər evakuatora çırpılıb, xəsarət alan var -FOTO

Bakıda avtomobillər evakuatora çırpılıb, xəsarət alan var -FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi 3 avtomobilə zərər dəyib.

Lent.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Yanacağı bitən “Toyota”nın sürücüsü maşını yol kənarında saxlayıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan digər “Toyota”nın sürücüsü sükana nəzarəti itirərək yol kənarında dayanan avtomobilə çırpılıb. Zərbənin təsirindən hərəkətsiz vəziyyətdə olan “Toyota” evakuatora dəyib. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Qəza nəticəsində yol kənarında avtomobilini saxlayan sürücü xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.