"Hyundai Creta N Line" modeli Braziliyada təqdim ediləcək - Avtosfer.az

"Hyundai Creta N Line" modeli Braziliyada təqdim ediləcək  - Avtosfer.az

Hyundai şirkətinin Braziliya bölməsiCreta modelinin yeni N Line “idman” versiyasının debüt edəcəyini anons edib Hələlik avtomobilin radiator barmaqlığında emblemi olan yeganə tizeri dərc olunub və rəsmi məlumat verilməyib. Ən maraqlısı odur ki, ilkin olaraq, tədbirin bu ilin birinci rübündə Rusiyada keçirilməsi planlaşdırılırdı, lakin məlum səbələrdən Hyundai Creta N Line modelinin təqdimatını Braziliyada keçirmək qərara alınıb.

Beləliklə, Creta N Line modeli başqa bamperlərə və özünəməxsus naxışı olan enli radiator barmaqlığını əldə edəcəkdir. Duman əleyhinə fənərlərin forması dəyişdiriləcək, buraxılış sisteminin iki çıxış borusu diqqəti çəkəcək şəkildə yerləşdiriləcəkdirlər. Arxa fənərlərdə şəffaf bölmələr də peyda olacaqlar. Daha güclü mühərrik nəzərdə tutulmayıb.

autograph.az