Firuzə İbadova Türkanın ifasını tənqid etməsindən danışdı
Əməkdar artist Firuzə İbadova müğənni Türkan Vəlizadə ilə bağlı dediyi "Ciddi mahnı oxu" sözlərinə aydınlıq gətirib.
BiG.AZ xəbər verir ki, müğənni bu haqda "Səhər mərkəzi" proqramında danışıb. O bildirib ki, Əməkdar artist Sevda Ələkbərzadənin Türkanın ifası haqda dediklərinə dəstək olub:
"Oxuduğu mahnılar olsun. Qəşəng səsi var. Duetləri sevilir. Sevda Ələkbərzadənin açıqlaması var idi. Sevda xanım onun qəlbinə dəymək istəməyib. Dedim ki, mənə müraciət etsin, klassik bəstəkarların əsərlərini məsləhət görərdim. Səliqəli xanımdı, cavandır, gözəl səsi var. Bizi də cavanlıqda yönləndiriblər" (axşam.az)
BiG.Az