İran səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib (VİDEO)

İran səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib (VİDEO)

Bakı. Trend:

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri "Facebook" səhifəsində Azərbaycan dilində videopaylaşım edib.

İran səfiri bildirib: “28 May-Müstəqillik Günü münasibətilə əziz Azərbaycan xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, İran və Azərbaycan xalqları üçün cansağlığı, rifah və əbədi dostluq arzu edirəm. Yaşasın İran və Azərbaycan dostluğu".