Çevik polis əməkaşının anası prezidentə MÜRACİƏT ETDİ

Çevik polis əməkaşının anası prezidentə MÜRACİƏT ETDİ

Vətəninfo.az-a müraciət edən Daxili İşlər nazirliyinin Çevik Polis Alayının əmıkdaşı Vaqif Rövşən oğlu Novruzovun anası Nübar Novruzov bildirib ki,oğlu Vaqif Novruzov 05.11.2022-ci ildə Sabunçu rayon Nardaran qəsəbəsi ərazisində xidmət etdiyi əraziyə gedən zaman,şəxsi avtomobili ilə avtomobil qəzası keçirib.

Hadisə ərazidəki 6-cı stasionar postunda baş verib və hadisə zamanı posta xidmət edən Daxili Qişinların Müddətdən artıq xidmət edən əməkdaşı Rövşən Ayaz oğlu Alxasov ağır yaralanıb və təcili olaraq xəstxanaya yerləşdirilsə də,o 3 gün sonra dünyasın dəyişib.

Nübar Novruzovanın redaksiyamıza təqdim etdiyi müraciəti olduğu kimi təüdim edirik:

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev Cənablarına,
Surəti: Azərbaycan Respublikasının Baş Nazirinə;
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov Cənablarına;
Surəti: Azərbaycan Respubilkasının Baş Prokroruna;
Surəti: Azərbaycan Respubilkasının Ədliyə cənab Naziri Fikrət Məmmədova;
Surəti: Azərbaycan Respubilkasının Milli Məclisinin Sədri Sahibə xanım Qafarovaya;
Bakı Ağır Cinayətlər Məhkəməsinin Hakimi Cənab Sabuhi Hüseynova

CM.nin 263-1.3 maddəsi ilə təqsirli bilinən
Vaqif Novruzovun anasının

MÜRACİƏT

Möhtərəm Cənab prezident
Oğlum Vaqif Novruzovun AR CM-nin 263-1.3 maddəsi ilə təqsirləndirilməsi ilə bağlı aparılmış 210050966 saylı cinayət işinin materiallarla tanış olarkən məlum olmuşdur ki, cinayət işi tam, hərtərəfli və obyektiv araşdırılmamışdır və prosesual hüquq normaları pozulmuşdur. Bu səbəbdən də hesab edirəm ki, ittiham prokrorunun oğlum barəsində cəza tələbi, Azərbaycan dövlətinin həyata keçirdiyi hümanizm pirinsiplərinə ziddir və ədalətsiz ittihamdır. Belə ki, oğlum Cəmiyyət üçün təhlükəli şəxs deyil və o dövlətimiz nəqədər maddi məsrəflər xərcləyərək onu xədmətdə saxlayır. Eyni zamanda azyaşlı övladı, anası və ailə üzvləri oğlumun himayəmdədir.

Cənab prezident oğlum V.Novruzov əvvəllər məhkum edilməyib vəcinayətkar deyil. Ümümilikdə isə ittiham edilsə də özünü cinayətkar hesab etmir.
Belə ki, Ümummilli Liderimiz Heydər Əliyev qeyd edirdi ki, insan haqları, onların hüquq və azadlıqları Azərbaycan dövlətinin əsas pirinsiplərindən biridir. Bu səbəbdəndə o, Azərbaycan Respublikasına sədaqətli DİN-nin ÇPA-nın polis əməkdaşı kimi dövlətimizin ona verdiyi hüquq və vasitələrdən, eləcədə özünü müdafiə hüququmdan istifadə edərək hüquqlarının bərpasını Məhkəmədən Xahiş edib.
Əvvəla bir mənalı olaraq qeyd edim ki, ilkin izahatında guya avtomobilin idarə edilməsi və hadisə zamanı yoxulu və ya sükanda yatdığı barədə olan fikirlərdən o imtina edib! Çünkü ona bu fikirlər məhkəmə prosesi zamanı məlum olub, vəkilin diktəsi ilə izahatı oxumadan imzalayıb, eləcədə şablon qeyidlər yazıb. Təyin edilmiş vəkilinin səmimiyyətinə inanmış və onun iştirakı ilə yazılan sənədlərdə oğlumun ziyanına fikirlərin olmadığını bildirdiyi üçün imzalayıb. İzahatın imzalanma vaxtı orda iştirak edən subyektlərə sənədləri oxumadan və tanış olmadan imzaladığını irad kimi bildirib.
Eyni zamanda oxumadan formal imzaladığı həmin izahatda guya onun yuxulu olduğu haqqqında qeyd edilmiş fikirlər tamami ilə həqiqətə uyğun deyil, YALANDIR və həmin hadisənin real vəziyyətini əks etdirmir. Belə ki, həmin gün yəni iş vaxtı oölum yuxulu və ya mürgülü ola bilməzdi, bu bir mənalı olaraq aksiyomadır. İttiham atkında Vaqif Novruzovun öz etirafına isdinad edilərək guya, cinayət əməlində özünü təqsirli bilməsi fikiri ilə razı deyiləm. Eyni zamanda həmin hadisə anını sözlə ifadə etmək çətindir. Belə ki, bu təsadüfü hadisədə Rövşən Alxasovun vəfatında bəhanə Vaqif Novruzovdursa, Səbəbkar başqadır. Bəli, bəhanə Vaqif Novruzovdur, lakin SƏBƏBKAR Allahın Qədəridir.
Həmçinin, səhər tezdən işə vaxtında çatıb. Belə ki, səhər idmanını edib, sıra düzülüşündə dayanıb xidməti təlimatı alaraq, xidməti silahını qəbul edib, xidməti postu təhvil almağa gedərkən hadisə olmuşdur. Belə şəraitdə oğlumun yuxulu olmağı və mürgüləməyi həqiqətə uyğun deyildir. Onun xidmət zamanı yuxulu olmağı mümkünsüzdür. Həmçinin cinayət işi üzrə hadisənin şahidləri və həmin vaxt xidmətdə olmuş AR-nin DİN-nin Çevik Polis Alayının 8-ci rotasının serjantları Səmədov Samir Şakir oğlu (tel:070-524-00-00), və Yusubov Sural Ələsgər oğlu (055-331-03-03) dindirilməmiş və izahatları ittiham atkına əlavə edilməmişdir.. Bu şəxslər dindirilsəydi Vaqif Novruzovun həmin hadisə anı yaranmış vəiyyətdən yayınmaq üçün texniki imkanının olmadığı və yaranmış şəraitin qarşısı alınmaz proses kimi Rövşən Ayaz oğlu Alxasovu vurmaqla ölümündə təqsiri olmadığı tam müəyyən olunacağıdır.
Eyni zamanda barəsində 28 mart tarixində qəbul edilmiş ittiham atkını 20 may 2022-ci ildə poçt vastəsi ilə alıb. İttiham aktını Sabunçu rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru tərtib etmişdir. Lakin Stajor təcrübəni insan taleyi üzərində belə qeyri peşəkar formada qurulmuş söz yığımı ilə məhdudlaşdıra bilməz. Belə ki, ən ali qanunlarımızda belə qeyd edilmişdir ki, vətəndaşın razılığı olmadan heç bir şəxsin üzərində elmi və başqa təcrübə aparıla bilməz.
Bununla yanaşı, Ulu öndərimiz Heydər Əliyev tərəfinden 1998-ci il Azərbaycan Respublikasında ölüm hökmü ləğv edilmişdir. Bu qərar Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizdə tarixi hadisə olmaqla bərabər cinayət-hüquq və məhkəmə-hüquq siyasətində humanizm pirinsiplərinin ən ali nümunəsidir. Bu humanizm cinayət-hüquq siyasəti nəticəsində Prezident İlham Əliyev cənabları ölkəmizin əlamətdar günlərində nəqədər vətəndaşları əfv edir və cəzalarından azad edir. Hətta dövləti cinayətlərdə təqsirli bilinən və dövlət çevrilişlərinə cəhd etmiş şəxslərində cəzadan azad edilməsi təcrübəsi ölkəmizin hüquq siyasətində humanizm pirinsiplərinə sadiqliyin bariz nümunəsi hesab edilir.