“İlk erməni peyki 1969-cu ildə orbitə buraxılıb” - Çaqaryan

“İlk erməni peyki 1969-cu ildə orbitə buraxılıb” - Çaqaryan

Ermənistan baş nazirinin aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çaqaryan gülməli bir iddia ilə çıxış edib. O, yerli mediaya açıqlama verərək bir neçə gün öncə orbitə buraxılan erməni peykinin saxtakarlıqla tarixi hadisə kimi təqdim olunduğunu iddia edib. Maraqlıdır ki, Çaqaryan özü də elə ənənəvi erməni saxtakarlığı ilə danışıb.

- 2 gün əvvəl hökumətin iclasında baş nazir fəxrlə elan etdi ki, İrəvan özünün ilk peykini orbitə çıxardı və artıq Ermənistan da kosmik dövlət sayılır... O bunun “məxməri” hökumətin yorulmaz səyləri sayəsində mümkün olduğunu qeyd etməyi unutmayıb və hadisəni “şok xəbər” kimi təqdim edib. Amma fakt başqa şeyi deyir.

İlk erməni peyki 1969-cu ildə akademik Qriqori Qurzadyanın rəhbərliyi ilə yaradılaraq kosmosa göndərildi. O, dünyada ilk dəfə Yerə qayıdan peyklərdən biri oldu. İndi o Ermənistanın Kosmonavtika Muzeyində yerləşir", - Çaqaryan deyib.

Paşinyanın yalanı üzə çıxdı: Media erməni peykini tapa bilmir

O hətta indi orbitin harasında gəzdiyi bəlli olmayan müəmmalı erməni peykinin belə İrəvanın adıyla normal şəkildə bağlı olmadığını deyib. Çaqaryan qeyd edib ki, Ermənistanda idarəetmə onun idarəetmə sistemi hələlik mövcud deyil, bu kiçik yarım milyonluq "oyuncaq" 2023-cü ildə istifadəyə veriləcək...

Xatırladaq ki, mayın 26-da Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bəyan edib ki, dünən ilk erməni peyki orbitə buraxılıb. Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi ölkəsində peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq. Onun ətrafında isə mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq. Mərkəzin əsas vəzifələri peyk nəzarəti və fotoşəkillərin əldə edilməsi olacaq.

- Peyk çəkilişləri Ermənistanda sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və idarə olunması, ətraf mühitin mühafizəsi, yol tikintisi və digər sahələrdə istifadə olunacaq, - Paşinyan deyib.

Maraqlıdır ki, Paşinyanın danışdığı peyk haqqında ətraflı məlumat verilmir. Hətta yerli media da bu müəmmalı hadisə haqqında yazaraq İrəvanın böyük yalan üzərindən siyasət sərgiləməsinə eyham vurub. Çünki 25 mayda orbitə peylər çıxaran "SpaceX" şirkətinin rəsmi səhifəsində, eləcə də yenilənən rəsmi Vikipediya səhifəsində bu haqda heç bir məlumat yoxdur. Halbuki İrəvan həmin uçuşla erməni peykinin də orbitə çıxdığını iddia edib.

Tural Tağıyev