Deputat: “1918-ci ildə qazandığımız müstəqilliyimiz bu gün etibarlı əllərdə qorunur”

Deputat: “1918-ci ildə qazandığımız müstəqilliyimiz bu gün etibarlı əllərdə qorunur”

“28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Bu tarixdə Azərbaycan Xalq cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, bununla Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil Respublika yarandı:

“Bu tarixdə Azərbaycanın dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmiş, milli ordumuz yaradılmışdır. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Çox təəssüf ki, bu müstəqilliyin ömrü cəmi 23 ay çəkdi. Buna baxmayaraq, müstəqilliyini qazanan bir ölkə kimi Azərbaycam dünya dövlətləri içərisində özünü tanıda bildi və bir çox vacib məsələlərin həllinə nail olundu. 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qldırırıqsa, Xalq Cumhuriyyətinə borcluyuq. Azərbaycan Xalq cumhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi önəm verən Heydər Əliyev deyirdi: ”Biz ilk Demokratik Cumhuruyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

“Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində, Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu, Azərbaycan xalqının böyük tarixi qələbəsidir.Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq”.

V.İskəndərov qeyd edib ki, bu gün Prezident İlham Əliyev böyük iqtisadi layihələrə imza atıb:

“Bu gün demək olar ki, Azərbaycan regionun lider dövlətidir. Yeni geosiyasi anlamda şərtlər diqtə edən tərəfdir Heç bir ölkə diqtə dili ilə danışa bilməz və bu bizim qazandığımız ən böyük uğurlardan biridir. 1918-ci ildə qazandığımız müstəqillik bu gün etibarlı əllərdə qorunur, inkişaf etdirilir və bundan sonra da Azərbaycanı çox böyük uğurlar və nailiyyətlər gözləyir”.

Aynurə Pənahqızı
Demokrat.az