Paşinyan əleyhinə hərəkatının lideri Ermənistandan getdi - Xanımı ilə birlikdə

Paşinyan əleyhinə hərəkatının lideri Ermənistandan getdi - Xanımı ilə birlikdə

Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının rəhbəri, İrəvandakı etiraz aksiyalarının liderlərindən biri Artur Vanetsyan ölkəni tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Haykakan Jamanak” məlumat yayıb.

Nəşrin məlumatına görə, Vanetsyan bu gün səhər saatlarında Ermənistandan gedib. Onun həyat yoldaşı ilə birlikdə Almaniyanın Frankfurt şəhərinə getdiyi bildirilib.

Vanetsyan və xanımın biznes klass təyyarəsi ilə Almaniyaya yola düşdükləri deyilib.

Fraksiya rəhbərinin hansı məqsədlə ölkəni tərk etdiyi bildirilməyib.

Onu da əlavə edək ki, bu gün bir aydan artıqdır Baş nazir Nikol Paşinyana qarşı küçə mübarizəsi aparan müxalif qüvvələr yenidən İrəvandakı “Fransa” meydanında mitinqə başlayıb.