Putin Makron və Şoltsla Ukraynadakı vəziyyəti müzakirə edib

Putin Makron və Şoltsla Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ukraynadakı vəziyyətin aktual aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Rusiya Prezidenti davam edən xüsusi hərbi əməliyyat kontekstində baş verən son hadisələr barədə həmkarlarına ətraflı məlumat verib, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi əməl etdiyini qeyd edib, Mariupolda dinc həyatın bərqərar olması üçün sistemli işin necə təşkil edildiyindən danışıb.

Kiyevin günahı ucbatından dondurulmuş danışıqlar yolundakı vəziyyətə xüsusi diqqət yetirilib. Vladimir Putin Rusiya tərəfinin dialoqun bərpasına açıq olduğunu təsdiqləyib", deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Şoyqu: “Ukraynanın nüvə silahı yaratması ilə bağlı real təhlükə var idi” Kreml xarici ölkələrin liderlərini Qələbə paradına dəvət etməyib Rusiya Ukraynanın 13 pilotsuz uçuş aparatını vurub