Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılışı olub

Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılışı olub

Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə Gənclər və İdman nazirin müavini Mariana Vasileva, Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) prezidenti Vladimir Lisin, Azərbaycan Atıcılıq Federasiyasının (ATF) baş katibi Emin Cəfərov, idmançılar və digər qonaqlar iştirak ediblər.

Azərbaycana gələn qonaqları salamlayan M.Vasilevar ölkədə atıcılıq idman növünə marağın olduğunu bildirib və bu mötəbər yarışın Bakıda keçirilməsindən qürur duyduğunu qeyd edib. Nazir müavini 28 May tariixnin Azərbaycanın Müstəqillik Günü olduğunu da vurğulayaraq, bu vacib bayramda ölkəmizdə olduqlarına görə iştirakçılara təşəkkür edib. Vasileva həmçinin bu gün doğum gününü qeyd edən müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftəhəddinovaya təbriklərini çatdırıb. E.Cəfərov isə yarış iştirakçılarına uğur arzulayıb.

Vladimir Lisin Dünya Kubokunun Bakıda keçirilməsinin Azərbaycan Prezidentinin ölkə idmanına diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. O bildirib ki, atıcılıq idman növünə ölkədə marağın olması böyük zəhmətin və diqqətin nəticəsidir. Lisnin Gənclər və İdman nazirinə, Azərbaycan Atıcılıq Federasiyasının prezidentinə turnirin təşkilinə görə təşəkkür edib.

Tədbirin rəsmi açılışı mərasimindən sonra Dünya Kubokunun seçmə mərhələ atışları keçirilib. 29 may - 7 iyunda final yarışları baş tutacaq.