Şabranda kross qaçışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Şabranda kross qaçışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Şabran, 28 may, Elxan Yusifli, AZƏRTAC

Şabranda 28 May - Müstəqillik Günü münasibətilə 14 yaşdan yuxarı oğlanlar arasında kross qaçışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran şəhərinin Heydər Əliyev prospekti boyunca təşkil olunan yarışda 40-dan çox gənc mübarizə aparıb.

Yekun nəticəyə görə Sahib Dünyamalıyev birinci, Elvin Şabəddinov ikinci və Qaraş Abbasov isə üçüncü yeri qazanıblar.

Mükafatçılara fəxri fərman və medallar təqdim olunub.