104 illik şanlı tarix - VİDEO

104 illik şanlı tarix - VİDEO

Dövlət müstəqilliyimizin 104-cü ili tamam olur.

104 il ərzində milli dövlətçilik tariximiz böyük, eyni zamanda çətin sınaqlardan alnıaçıq çıxıb.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra müstəqillik yolunda Azərbaycan iri addımlarla irəliləməyə başladı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında müstəsna rol oynadı.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağının qaldırılmasına nail oldu.