Ombudsmanın regional mərkəzləri tərəfindən Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib

Ombudsmanın regional mərkəzləri tərəfindən Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib

Ombudsmanın Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli dövlətçilik tariximizin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi kimi çox mühüm əhəmiyyətə malik olduğu qeyd olunub.

Çıxışlar zamanı müstəqil Azərbaycanda Cümhuriyyət tarixinə və dəyərlərinə dövlət səviyyəsində böyük ehtiramla yanaşıldığı vurğulanıb.

Bununla yanaşı, Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolunun daim xatırlandığı qeyd olunub. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə atılmış addımlar, qəbul edilmiş qərarlar, imzalanmış sərəncamlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər müzakirələrlə davam etdirilib.