Entoni Blinken Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Entoni Blinken Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.

Təbrikdə deyilir: “Amerika Birləşmiş Ştatları adından, Azərbaycanın Müstəqillik Gününü təbrik edirəm.

Bu il biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik.

Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etməsindən keçən otuz il ərzində biz Avropanın enerji təhlükəsizliyinin təşviqində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarət və investisiyaların inkişafında güclü tərəfdaşlara çevrilmişik. Biz Azərbaycanın terrorizmə və qeyri-qanuni ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələri, habelə Ukraynaya dəstəyinizi, xüsusilə humanitar yardımınızı dərindən qiymətləndiririk”.

ABŞ səfiri: “Azərbaycanlılar hər zaman dağ yəhudilərinə qucaq açıb” - FOTO Litva Prezidenti: “Azərbaycanla əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik” Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak edəcək