“Bayraktar” alıb Ukraynaya hədiyyə edəcəklər

“Bayraktar” alıb Ukraynaya hədiyyə edəcəklər

Ukraynanın Rusiyaya qarşı müharibəsində Türkiyə PUA-larının təsiri böyükdür. Modern.az xəbər verir ki, Litva bunu nəzərə alaraq, Ukraynaya dəstək məqsədilə Türkiyədən "Bayraktar" PUA-larını almağa qərar verib. Məlumata görə, yeni alınan PUA-alar Ukrayna ordusuna bağışlanacaq. Qeyd edək ki, Litvanın Laisves telekanalının təşəbbüsü ilə başlayan kampaniyaya ölkənin müdafiə naziri Arvydas Anuşauskas da dəstək verib.