Fəzail Ağamalı Azərbaycan xalqını təbrik etdi

Fəzail Ağamalı Azərbaycan xalqını təbrik etdi

AVP sədri, millət vəkili Fəzail Ağamalı Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Xalqımızın azadlıq və müstəqillik mübarizəsinin məntiqi nəticəsi olan 1918 ci ilin mayın 28 - i hər bir Azərbaycanlının qürur mənbəyi və şərəf tarixidir. Əsrlər boyu azadlıq və müstəqillik diləyi ilə yaşayan Azərbaycan xalqı nəhayət XX əsrin əvvəllərində öz arzusuna qovuşdu və Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil respublikanı yaratdı. Təəssüflər olsun ki, müstəqilliyimizi qoruyub - saxlaya bilmədik. Yerli bolşevik satqınların xəyanəti nəticısində bolşevik Rusiyası Azərbaycanı işğal etdi, azadlığımıza, müstəqilliyimizə son qoyuldu.

1991 - ci ilə qədər Azərbaycan sovet Rusiyasının müstəmləkəsi altında yaşamaq məcburiyyətində qaldı. 80 - ci illərin axırları, 90 - cı illərin əvvəllərində Azərbaycan xalqı yenidən ayağa qalxaraq öz müstəqilliyi və azadlığı uğrunda mübarizəyə başladı. Bu mübarizə geniş miqyas aldı. Sovet ittifaqının dağılması ilə Azərbaycan bir daha öz müstəqilliyinə nail oldu. Biz müstəqilliyimizi əldə etsək də, müstəqillik yolunda kifayət qədər ağır sınaqlara məruz qaldıq. Moskvanın hərtərəfli yardımı ilə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları geniş miqyas aldı, torpaqlarımızın işğalı Azərbaycanda çətin durum yaratdı.

Müstəqil olsaq da, 1991 - 1993 - cü illərdə Azərbaycan dövlətçiliyi faciəvi illər kimi şəciyyələnirdi. Dövlət müstəqliiyimizin formal xarakter daşıması, müstəqilliyimizin verə biləcəyi ciddi töhvələrin yerinə yetirilməsində səriştəsizlik, təcrübəsizlik və AXCP - Müsavat cütlüyündə vahid mövqenin olmaması dövlət müstəqilliyimizi bir daha təhlükə qarşısına qoydu.

Belə bir ağır durumda Azərbaycan xalqı ayağa qalxaraq, iradəsini ortaya qoyaraq Ulu Öndərimiz Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsini yeganə çıxış yolu kimi dəyərləndirdi və Ulu Öndərimizin Bakıda siyasi hakimiyyətə gəlməsi uğrunda geniş xalq hərəkatı başlandı. AXCP - Müsavat cütlüyü xalqın iradəsi ilə razılaşmaq məcburiyyətində qaldı və beləliklə, 1993 - cü ilin iyunun 15 - də Azərbaycanda siyasi hakimiyyətə gələn Ulu Öndərimiz Heydər Əliyev dövlətimizi və xalqımızı facilərdən xilas etmək üçün sarsılmaz iradəsini, böyük təcrübəsini və müdrikliyini nümayiş etdirdi və müstəqilliyimiz sözün həqiqi mənasında böyük faciələrdən xilas oldu. Onun yaratdığı müasir Azərbaycan dövləti müdrikliyi, yüksək idarəçilik keyfiyyətləri və təşkilatçılıq bacarığı ilə hər bir Azərbaycanlının inam və sevgi ünvanı olan Cənab Prezident İlham Əliyev tərəfindən nəyinki möhkəmləndirildi, həm də o, ən böyük zirvələrə doğru ciddi uğurlar qazandı. Bu gün Azərbaycan dövləti dünyada nüfuzlu, məsuliyyətli dövlət kimi dəyərləndirilməkdə və rəğbət qazanmaqdadır. Xüsusi olaraq qeyd etmək istərdim ki, Cənab Prezident İlham Əliyev ərazi bütövlüyümüzün təmin olunması və erməni faşizminə son qoyulması üçün yaratdığı müasir ordu ilə, formalaşdırdığı vətənpərvər cəmiyyətlə möhtəşəm tarix yazdı. Artıq 2 - ci ildir ki, biz dövlət müstəqilliyimizi ərazi bütövlüyümüzlə bərabər qeyd edirik. Bu həqiqətən də qürurverici və şərəf duyduğumuz anlardı.

Əziz bayramımız olan Müstəqillik Günü münasibətilə bütün xalqımızı təbrik edir, hər birinizə xoşbəxtlik, Dövlətimizə əbədi yaşar arzulayıram.

Dərin hörmət və sevgi ilə Fəzail Ağamalı

Milli Məclisin Deputatı

Ana Vətən Partiyasının sədri.

22 May 2022 - ci il."