AFFA yenidən legioner limitini və əvəzetmə sayını müzakirə edəcək

AFFA yenidən legioner limitini və əvəzetmə sayını müzakirə edəcək

Mayın 31-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

"Qafqazinfo" AFFA-nın saytına istinadən xəbər verir ki, "Dalğa Arena"nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil olunacaq yığıncaq saat 17:00-da başlayacaq.

İclasın Gündəliyinə daxil olunan məsələlər aşağıdakılardır:

1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi

2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan-Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi

3. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi

4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi

5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi

6. Digər məsələlər