İmtahandan uğurla keçmək istəyənlərə vacib tövsiyə

İmtahandan uğurla keçmək istəyənlərə vacib tövsiyə

Diyetoloq Anna Lisenko məktəblilərin beyin hüceyrələrinin düzgün işləməsi və imtahanlardan uğurla keçə bilməsi üçün düzgün qidalanmanın vacib olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə Ura.ru-ya müsahibəsində danışan eskpert məktəblilərə məsləhətlər verib. Onun sözlərinə görə, bunun üçün tərkibində maqnezium və yavaş həzm olunan karbohidrat olan qidalardan istifadə etmək lazımdır.

“İlk növbədə erkəndən - saat 22.00-da yatmaq vacibdir. Bu psixikanın və sinir sisteminin işinə təsir göstərir. İkincisi, imtahanlara hazırlıq zamanı uşağa maqnezium vermək lazımdır. Hüceyrələrin düzgün işləməsi və sakitlik tapmaq üçün lazımdır, dərman sinir sisteminin işinə də təsir göstərir. Maqneziumu B - B6 vitamini ilə birləşdirmək yaxşı olar”, - həkim bildirib.

Bundan əlavə, o, kifayət qədər miqdarda yavaş karbohidratlar, qarabaşaq yarması, düyü istifadə etməyi, həmçinin rasiona tərəvəz və meyvələri daxil etməyi tövsiyə edib. Ekspert yekunda vurğulayıb ki, imtahanlara hazırlıq zamanı çoxlu miqdarda şəkər istifadə etmək olmaz və izah edib ki, bu zaman beynin çoxlu sayda müxtəlif qidalardan əldə edilə bilən qlükoza ehtiyacı olur.