İraqın neft naziri İhsan Əbdülcabbar Fransanın Energetika və İqtisadiyyat nazirliklərinin rəsmiləri ilə keçirdiyi görüşdə 2022-2028-ci illər ərzində planlaşdırılan xam neft hasilatının gündə 8 milyon barelə çatdırılmasını açıqlayıb.
Operativ.tv SalamNews Sumariya Agentliyinə istinadən xəbər verirki, bu barədə İraqın Neft Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
“Görüşdə neftə və qaza investisiya qoyuluşu ilə yanaşı, əl-Ənbar və Diyala əyalətlərində qaz yataqlarının işlənməsi planlarının tamamlanması və İraqın qaz hasilatında potensial imkanları müzakirə edilib”, deyə Neft naziri İhsan Əbdülcabbar İsmayıl deyib ki, 2022-2028-ci illər ərzində planlaşdırılan xam neft hasilatının gündə 8 milyon barelə çatdırılması nəzərdə tutulub.
Neft naziri İraqın “OPEC+” təşkilatında ikinci istehsalçı olduğunu deyib və “OPEC”də oynadığı roldan danışıb.
Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Qərb dövlətləri neft hasilatının artırılması ilə bağlı ərəb dövlətləri ilə təmaslarını artırıblar.