«Samsung» smartfonları satılmır – 50 MİLYON SMARTFON ANBARDA QALIB

«Samsung» smartfonları satılmır – 50 MİLYON SMARTFON ANBARDA QALIB

Dünyanın aparıcı smartfon istehsalçısı, Cənubi Koreyanın «Samsung» şirkətinin smartfonlarının satışında böyük problem yaranıb, şirkətin anbarları satılmayan smartfonlarla doludur.

FED.az xəbər verir ki, bütün dünyada smartfonlaraolan aşağı tələbat «Samsung»u satılmayan smartfonlar problemi ilə üz-üzə qoyub. «GizmoChina» xəbər verir ki, şirkətin anbarlarında 50 milyon ədəd smartfon yığılıb qalıb. Telefonlara tələbat aşağı olduğuna görə onları satmaq mümkün olmayıb. Satılmayan smartfonların əksəriyyəti Galaxy A seriyasına aiddir.

Ümumilikdə «Samsung»un istehsal etdiyi smartfonların 18%-i satılmayıb. Qeyd edək ki, telefonların bir hissəsinin anbarlarda qalması normaldır- amma bunun üçün norma 10% sayılır, 18% smartfonun anbarlarda yığılması ilk dəfədir.

Satışların zəif olması səbəbindən «Samsung» istehsalı da azaltmalı olub. Xəbər verilir ki, şirkət may ayında smartfon istehsalını iki dəfə aşağtı salaraq ayda 20 milyondan 10 milyona endirib. Bununla əlaqədar olaraq «Samsung» smartfon istehsalı üçün hissələrin sifarişini də 30-70% azaldıb.