Berlin pul sobasıdır, milyardlarımız yanır

Berlin pul sobasıdır, milyardlarımız yanır

Həm Berlin, həm də Ostin fabrikləri hazırda nəhəng pul sobalarıdır. Bu, həqiqətən də nəhəng uğultu səsinə, yəni pulun yandırılmasının səsinə bənzəyir.

Axar.az xəbər verir ki, bu sözləri "Tesla" şirkətinin rəhbəri İlon Mask deyib.

O bildirib ki, "Tesla"nın Almaniya və ABŞ-dakı yeni fabrikləri Çindəki batareya çatışmazlığı və təchizat fasilələri səbəbindən milyardlarla dollar itirib.