Çin “Tienching-1” sınaq peykini orbitə buraxıb

Çin “Tienching-1” sınaq peykini orbitə buraxıb

Çin kosmosa “Tienching-1” sınaq peykini buraxıb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, peyk ölkənin şimal-qərbindəki Ciu Solver Peyk Mərkəzindən “Kaichou-1A” raketi ilə kosmosa göndərilib. Peyk planlaşdırılmış orbit mövqeyində yerləşib.

İlk dəfə orbitə buraxılan sınaq peykinin kosmos mühitinin tədqiqi təcrübələrində istifadə edilməsi hədəflənir.

Qeyd edək ki, buraxılış Çin tərəfindən hazırlanmış “Kuaicou-1A” sürətli reaksiya verən orbital raketlə həyata keçirilən 15-ci uğurlu nəqliyyat missiyası idi.

//Nəzərbəy, Editor.az