"Neftçi"nin rumın baş məşqçisi üçün azərbaycanlı köməkçi

"Neftçi"nin rumın baş məşqçisi üçün azərbaycanlı köməkçi

"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın bəhi köməkçilərinin adları bəlli olub.

Bunlar Viorel Dinu, Boqdan-Kornel Merişanu və Floren Aleksandrudur.

Dinu və Merişanu ilə artıq 2 illik müqavilə imzalanıb. Aleksandru ilə münasibətlər isə yaxın günlərdə rəsmiləşəcək.

Viorel Dinu əsas köməkçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə, Floren Aleksandru isə qapıçılar üzrə funksiyalarını yerinə yetirəcəklər.

Bu, yeni baş məşqçinin işləyəcəyi korpusun tam tərkibi deyil. Klubdan Sportinfo.az-a verilən məlumata görə, siyahıya daha bir ad əlavə olunacaq.

Rumınların əhatəsində bir azərbaycanlı mütəxəssis də yer alacaq.

Hazırda klub rəhbərliyinin masası üzərində 2-3 belə namizədin adı var. Ən qısa tarixdə bu təyinat da gerçəkləşəcək.