Hande Erçel çimərlik fotoları ilə göz qamaşdırdı

Hande Erçel çimərlik fotoları ilə göz qamaşdırdı

“Sen çal kapımı” serialından sonra heç bir layihədə rol almayan 28 yaşlı aktrisa Hande Erçel çimərlik fotoları ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, türkiyəli kinoulduzun bacısı Qamze Erçelin ailəsi ilə birlikdə Bodruma tətilə yollanıb. Uzun müddətdir müntəzəm idman edən və sağlam qidalanan aktrisa bikinili pozalarını sosial media hesabında paylaşıb. Türkiyənin ən bahalı ulduzlarından biri sayılan gözəl aktrisanın bikinisinin qiyməti də diqqətdən yayınmayıb. Erçelin qara bikinisinin qiyməti 9 min 250 TL-dir.